İŞİD-in `ali muftisi` məhv edildi


03:18     21 İyun 2017 f409d686-5528-4c78-af63-356614641751.jpg

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya İŞİD-in “ali muftisi” Türki əl Bin Əlinin məhv edildiyini bəyan edib.


Koalisiya qüvvələrinin yaydığı məlumata görə, mayın 21-də Suriyanın Məyadin şəhərindəki bombardmanlar nəticəsində İŞİD-in qondarma ali müftisi Turk Al-Ben-əlini məhv edilib.

Məlumatda o da qeyd olunur ki, Al-Ben-əli əcnəbi silahlıların İŞİD-ə cəlb edilməsində, həmçinin bütün dünyanı terror aktları ilə təhrik etməkdə əsas rol oynayıb.

İŞİD terror qruplaşması hələlik xəbərə münasibət bildirməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 1692